Finlandiya prezidenti Stabb: Ukraynada yaxın zamanda atəşkəsə nail olunacağına optimist deyiləm
Finlandiya prezidenti Aleksander Stubb bildirib ki, bu il Ukrayna üzrə atəşkəsə nail olmaq və ya sülh danışıqlarına başlamaq ehtimalı real görünmür.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Onun sözlərinə görə, prosesdə müəyyən aktivliyin fevral–mart aylarına doğru müşahidə olunması ümidverici ola bilər.
Stubb İkinci Dünya Müharibəsinə toxunaraq qeyd edib ki, “Stalin dörd ildən sonra Berlində idi, lakin müharibənin dörd ili tamam olmasına baxmayaraq Rusiya hələ də Kiyevə yaxınlaşa bilməyib və buna nail olmayacaq”. O əlavə edib ki, Ukraynada korrupsiya məsələsi prezident Zelenskinin ən qısa zamanda həll etməli olduğu mühüm problemlərdəndir və Kiyev artıq bu istiqamətdə addımlar atmağa başlayıb.
Finlandiya dövlət başçısı vurğulayıb ki, xüsusilə müharibə şəraitində olan ölkədə korrupsiyaya yer yoxdur. “Ümid edirəm ki, vəziyyət tam aydınlaşacaq və biz Ukraynanı müdafiə etmək üçün fəaliyyətimizi davam etdirəcəyik,” – deyə o bildirib.
Stubb həmçinin qeyd edib ki, Ukraynanın Rusiyanın hərbi və müdafiə sənayesini hədəf almaq imkanlarına malik olması zəruridir.
22:59 16.11.2025
Oxunuş sayı: 1817