Türkiyə İsrail üçün ən ciddi təhdiddir - İsrailli nazir
İsrailin naziri Amixay Şikli sərt açıqlama verərək Türkiyəni İsrailin təhlükəsizliyi üçün əsas təhdid adlandırıb. Onun sözlərinə görə, İsrail Ankaranın təsirini məhdudlaşdırmaq və onu təcrid etmək üçün xarici siyasət istiqamətində fəaliyyətini gücləndirməlidir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şikli vurğulayıb ki, Türkiyə bölgədə öz mövqeyini genişləndirməyə çalışır:
“Türkiyə yeni İrandır. Suriyada genişlənmək ambisiyası var, orada bazalar qurur. Qəzzada təsirini artırmaq istəyir. Bu gün Türkiyə İsrail üçün ən ciddi təhdiddir”, — deyə İsrail naziri bildirib.
Açıqlama son illərdə ən aşağı səviyyəyə düşmüş Türkiyə–İsrail münasibətlərində gərginliyi daha da artırıb.
Türkanə Məşədiyeva
19:15 16.11.2025
Oxunuş sayı: 1580