BILD analitiki: Strateji kurs dəyişməzsə, Ukrayna tədricən məğlubiyyətə gedir
BILD hərbi analitiki Yulian Röpke bildirib ki, Ukrayna hökuməti və ya onun Qərb tərəfdaşları strateji mövqelərini dəyişməsələr, Rusiya bu müharibədə tədricən qalib gələcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O hesab edir ki, Ukrayna qismən strateji məğlubiyyətə doğru gedir:
Qərb zirehli maşınlarının çatdırılması Rusiyanın fiber-optik sistemlərdə artan üstünlüyü fonunda faydasızdır.
Xidmətdə fərarilik və müvəqqəti olaraq xidmətdən yayınma çox vaxt bütöv briqadaların yalnız "kağız üzərində" mövcud olmasına gətirib çıxarır. O, əlavə edib ki, hər ay səfərbər olunan 17 000 kişinin faktiki yeri də məlum deyil.
Noyabr ayı ərazi itkiləri üzrə yeni illik rekord ola bilər və Rusiyanın böyük şəhərlərə, xüsusən Dnepr və Zaporojyaya bitişik ərazilərə hücumu bir neçə ay olmasa da, ən çoxu 1-2 il çəkə bilər.
18:14 16.11.2025
Oxunuş sayı: 1438