Çin gəmiləri Yaponiya sularına daxil olub
Çin gəmiləri Yaponiya ərazi sularına daxil olub.
Crossmedia.az bu barədə Bloomberg-ə istinadən məlumat verir.
Hadisə iki ölkə arasında gərginliyin artması fonunda baş verib.
16 noyabr səhəri Çin Sahil Mühafizəsinin dörd silahlı gəmisi Yaponiya ərazi sularına daxil olub. Yaponiya Sahil Mühafizəsinin məlumatına görə, gəmilər əvvəllər mübahisəli Senkaku adalarının (Çində Diaoyu kimi tanınır) ətrafından keçmişdi.
Pekin gəmilərin bu sularda "hüquqların qorunması patrulları" apardığını və əməliyyatın qanuni olduğunu iddia edir.
17:55 16.11.2025
Oxunuş sayı: 1409