Əraqçı: İranın nüvə məsələsinin hərbi həlli yoxdur
Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı beynəlxalq konfransda çıxış edərək bildirib ki, İranın nüvə məsələsinin hərbi yolla həlli mümkün deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, belə cəhdlər geçmişdə sınaqdan keçirilib və nəticəsiz qalıb.
Əraqçının sözlərinə görə, danışıqlar müharibədə əldə olunmayan hədəfləri diktə etmək vasitəsi kimi istifadə edilməməlidir. O deyib ki, diplomatiya qarşılıqlı güzəşt və faydaya əsaslanmalı, məntiqi çərçivədə aparılmalıdır.
Nazir əlavə edib ki, belə şərait yarandığı halda İran hər zaman danışıqlara hazır olduğunu nümayiş etdirib.
Əraqçı eyni zamanda bildirib ki, İran 40 ildən artıqdır sanksiyalarla üzləşsə də, inkişaf yolunu davam etdirə bilib.
Nazirin sözlərinə görə, sanksiyalar ölkəyə və xalqa xərclər və problemlər yaratsa da, İranın iradəsini qıra bilməyib və imkanlarını məhdudlaşdırmayıb. O, ABŞ və digər ölkələrdən gələn nümayəndələrin sanksiyaların 45 ilindən sonra İranın inkişaf səviyyəsinə təəccübləndiklərini qeyd edib.
Əraqçı vurğulayıb ki, İranla bağlı məsələlərin həlli yalnız diplomatik yolla və hörmət dilindən istifadə etməklə mümkündür:
“Əgər Amerika və digərləri İran xalqı ilə ləyaqət və hörmətlə danışsalar, onlara eyni dildə cavab veriləcək”.
17:45 16.11.2025
Oxunuş sayı: 1378