Simonyan: Azərbaycanın 110 kv. km ərazisi hələ də Ermənistanın nəzarətindədir
Ermənistan hələ də Azərbaycana məxsus 110 kvadratkilometr ərazini nəzarətdə saxlayır. Bunu ölkə parlamentinin spikeri Alen Simonyan deyib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Simonyan bildirib ki, tərəflər arasında qarşılıqlı olaraq nəzarətdə saxlanılan ərazilər mövcuddur:
“Xəritədə yerlərini göstərim?! Deyirəm ki, təqribən 110 kv. km biz onların (məsələn, Tavuşda) ərazisində yerləşirik. Təxminən 200 kv. km isə onlar bizim ərazimizdədir. Rəsmi şəkildə deyirəm ki, hətta 90-cı illərdən bəri bizim öndə olduğumuz yerlər də var”.
Günel Verdiyeva
17:46 16.11.2025
Oxunuş sayı: 1255