Məcnun Məmmədov: Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb
Son illər Azərbaycanın kənd təsərrüfatı sahəsinin tənzimlənməsi istiqamətində institusional dəyişiklər aparılıb, dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, son illər kənd təsərrüfatın tənzimlənməsi sahəsində institusional dəyişiklər aparılıb: "Bu sahəyə dövlət dəstəyinin həcmi və effektivliyi artırılıb. Dövlət tərəfindən həyata keçilən tədbirlər hesabına texnika və avadanlıqlara təminat əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb".
Nazir bildirib ki, kənd təsərrüfatında istehsalın dayanıqlı artımı bu tədbirlər sayəsində təmin olunub: "Sektor özünə icra göstəricilərinə əsasən, 2024-cü ildə kənd təsərrüfatın məhsullarının ümumi istehsal həcminin 52,6 %-i heyvandarlıq sahəsinin, 47,4 %-i bitkiçilik sahəsinin payına düşüb. Kənd təsərrüfatında meşə və balıqçılıq sahəsində yaradan əlavə dəyərin ÜDM-də payı 5,7 % təşkil edib".
M.Məmmədov qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə 547,8 milyon manat vəsait nəzərdə tutulub: "Bu da cari ilin büdcəsi ilə müqayisədə 11,9 milyon manat və ya 2,1 % az, 2024-cü ilin faktiki xərcləri ilə müqayisədə 42,1 milyon manat və ya 8,3 % çoxdur".
12:02 13.11.2025
Oxunuş sayı: 1298