İslamiadada Azərbaycanın cüdo yığması komanda yarışlarında yarımfinala vəsiqə qazanıb
Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında yarımfinala yüksəlib.
Crossmedia.az xəbər verir ki, milli komandamız yarımfinalda Səudiyyə Ərəbistanı kollektivini 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.
14:10 10.11.2025
Oxunuş sayı: 1169