Bu gün Misli Premyer Liqasında “Zəfər tur”una Azərbaycan derbisi ilə yekun vurulacaq
Bu gün futbol üzrə Misli Premyer Liqasında “Zəfər tur”una yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, əvvəlcə meydana “Kəpəz” və “Sabah” komandaları çıxacaqlar. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:44-də başlayacaq.
Hazırda 3 xalı olan Gəncə təmsilçisi sonuncu - 12-ci pillədədir. Bakı klubu isə 18 xalla 6-cıdır.
Günün ikinci matçı isə “Azərsun Arena”da “Qarabağ” və “Neftçi” kollektivləri arasında baş tutacaq. Azərbaycan derbisi saat 18:44-də start götürəcək.
Qurban Qurbanovun komandası 20 xalla 2-ci, “ağ-qaralar” isə 15 xalla 7-ci sıradadır.
Qeyd edək ki, daha əvvəl "Şamaxı" "İmişli"yə 1:0, "Sumqayıt" "Qəbələ"yə 2:0, "Araz-Naxçıvan" "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gəlib. "Zirə" - "Turan Tovuz" görüşündə isə qolsuz heç-heçə qeydə alınıb.
10:47 09.11.2025
Oxunuş sayı: 1475