Azərbaycanın iki cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad da keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 52 kq-da Aydan Vəliyeva özbəkistanlı rəqibinə qalib gəlib.
Ruslan Paşayev (66 kq) isə Qırğızıstan təmsilçisindən üstün olub.
18:51
Azərbaycanın daha bir boksçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Crossmedia.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/4 finalda uqandalı Cimmi Adrikonu 5:0 hesabı ilə üstələyib. İdmançımız yarımfinala vəsiqə qazanmaqla özü üçün ən azı bürünc medalı da təmin edib.
Daha əvvəl Səidcəmşid Cəfərov (80 kiloqram) yarımfinala vəsiqə qazanıb.
Bu gün, həmçinin Sərxan Əliyev (70 kiloqram) də rinqə çıxacaq.
20:15 08.11.2025
Oxunuş sayı: 1524