Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Zəfər Gününün 5-ci ildönümü ilə əlaqədar paytaxtda keçirilən kütləvi-mədəni bayram tədbirləri və şəhər gəzintisi nəzərə alınaraq, Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq.
Bu barədə Crossmedia.az-a qurumdan bildirilib.
Bakı metropoliteninin bütün stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
18:30 08.11.2025
Oxunuş sayı: 1399