Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib
Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
54-cü dəqiqədə Rüstəm Əhmədzadə, 81-ci dəqiqədə Aleksandr Ramalinqom fərqlənib.
Xallarının sayını 20-yə çatdıran "Sumqayıt" hələlik ikinci pillədə qərarlaşıb.
"Qəbələ" 5 xalla onuncudur.
Günün ilk matçında "Şamaxı" "İmişli"ni üstələyib - 1:0.
Qeyd edək ki, tura noyabrın 9-da yekun vurulacaq.
22:10 07.11.2025
Oxunuş sayı: 1385