"Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək
Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bayrağımız zəfər simvolu, qürur mənbəyimizdir" veloyürüşü keçiriləcək.
Bu barədə Crossmedia.az-a federasiyadan məlumat verilib.
Noyabrın 9-da, saat 10:00-da Dövlət Bayrağı Meydanından start götürəcək veloyürüş Zəfər Parkınadək davam edəcək.
Tədbirdə istənilən şəxs iştirak edə bilər.
14:40 07.11.2025
Oxunuş sayı: 1264