Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda diaspor nümayəndələri təltif olunub
Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib.
Crossmedia.az xəbər verir ki, Səidə Zülfüqarova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alıb, piano müəllimi, və konsertmeyster ixtisasına yiyələnib. Pianoçu Fransanın Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professorudur.
Avstriyanın Zalsburq şəhərindəki Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlılar Cəmiyyətinin sədri Fərid Əzizov Azərbaycan diasporunun inkişafı, ölkəmizin xaricdə tanıdılması istiqamətində geniş fəaliyyət göstərir.
Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin, eləcə də “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini dünyanın müxtəlif ölkələrində uğurla təbliğ edir.
19:01 04.11.2025
Oxunuş sayı: 1260