Sumqayıtda gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
                                            Sumqayıt Olimpiya İdman Kompleksində 20 yaşadək gənc cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, turnirdə Abşeron, Xızı və Sumqayıt cüdoçuları mübarizə aparacaqlar.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Qeyd edək ki, birincilik noyabrın 5-də keçiriləcək.
22:20 03.11.2025
Oxunuş sayı: 1924