Braziliya hava qüvvələrini Venesuela ilə sərhədə köçürür
Braziliya gərginliyin artması fonunda hava qüvvələrini Venesuela ilə sərhədə köçürür.
Braziliya Hərbi Hava Qüvvələrinin bir neçə təyyarəsi ölkənin cənub və mərkəzindən şimal əyalətlərinə uçuş edib.
Crossmedia.az xəbər verir ki, müşahidə olunan hava vasitələri arasında KC-390 (FAB 2856) transport təyyarələri, Embraer C-99A və Airbus C-30 (A330-243) var. KC-390 təyyarələrindən biri, GORDO59 çağırış işarəsi ilə, Tokaçins əyalətinin üzərində uçaraq şimala istiqamət alıb.
Braziliya hökuməti rəsmi açıqlama verməsə də, müşahidə olunan hərəkətlər potensial gərginlik zonalarına yaxın ərazilərə qüvvələrin cəlb olunması və ya hazırlığın artırılması ehtimalını göstərir.
13:12 03.11.2025
Oxunuş sayı: 1325