Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstandakı turniri birinci sırada başa vurublar
Azərbaycanın boccia üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə daha 2 qızıl medal qazanıblar.
Crossmedia.az xəbər verir ki, qoşa yarışlarda Zaur Veysəlov və Günel Rzazadə tandemi BC4 kateqoriyasında, Nəriman Pirquliyev, Orxan Kərimov və Sona Ağayeva triosu isə BC1 və BC2 qarışıq kateqoriyalarında qazaxıstanlı və özbəkistanlı rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançılarının da mübarizə apardığı yarışda Nəriman Pirquliyev (BC1), Orxan Kərimov (BC2), Zaur Veysəlov (BC4), Sona Ağayeva (BC2) və Günel Rzazadə (BC4) qızıl medal qazanaraq himnimizi səsləndiriblər. Bəhruz Mirzəyev (BC4) isə gümüş medalla kifayətlənib.
Beləliklə, paralimpiyaçılarımız turniri komanda hesabında birinci pillədə başa vurublar.
19:43 30.10.2025
Oxunuş sayı: 1063