Polşa qırıcıları növbəti rus kəşfiyyat təyyarəsini ələ keçirdi
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Polşa Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 tipli qırıcılar növbəti dəfə rus kəşfiyyat təyyarəsini ələ keçiriblər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazir hadisənin detalları barədə məlumat verməyib, lakin qeyd edib ki, Polşa qüvvələri NATO-nun standart prosedurlarına uyğun hərəkət edib.
Bundan əvvəl, çərşənbə günü, Polşa ordusu İl-20 tipli rus təyyarəsinin müşayiət olunduğunu açıqlamışdı. Bildirilib ki, həmin təyyarə Polşanın hava məkanını pozmayıb.
Son dövrlərdə Rusiya hərbi aviasiyasının Baltik dənizi üzərindəki fəaliyyəti artıb ki, bu da xüsusilə Polşa və Litva kimi NATO ölkələrində narahatlıq doğurur.
Mehriban İbrahimli
18:10 30.10.2025
Oxunuş sayı: 1134