Hindistan və Ermənistan arasında milyardlıq silah sövdələşməsi
Hindistan Ermənistana 3,5 milyard dollarlıq döyüş təyyarələri satmağı planlaşdırır.
Bu barədə Crossmedia.az İndian Defence News nəşrinin məlumatına istinadən xəbər verir.
Hindistan Ermənistana 8–12 ədəd modernləşdirilmiş Su-30MKI tipli qırıcı təyyarə satmağı planlaşdırır. Müqavilənin ümumi dəyərinin təxminən 3,5 milyard dollar olduğu bildirilir.
Məlumata əsasən, tərəflər arasındakı danışıqlar yekun mərhələdədir və bu addım Azərbaycanın yaxın zamanda Pakistan istehsalı olan 40 ədəd JF-17C Block-III qırıcısı almasına cavab tədbiri kimi qiymətləndirilir.
İlk təyyarələrin Ermənistana 2027-ci ilin sonuna qədər, bütün partiyanın isə 2029-cu ilə qədər təhvil verilməsi planlaşdırılır.
Hazırda Hindistan və Ermənistan tərəfindən bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Mehriban İbrahimli
18:00 30.10.2025
Oxunuş sayı: 1307