Paytaxtda yeni parklanma yerləri təşkil edilib
Paytaxtda yeni parklanma yerləri təşkil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən parklanma məntəqələrinin təşkili davam etdirilir.
Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.
Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.
15:26 30.10.2025
Oxunuş sayı: 1161