Peskov: Vaşinqton Moskvanı nüvə sınaqları keçirmək niyyəti barədə xəbərdar etməyib
ABŞ suveren dövlətdir və suveren qərarlar qəbul etmək hüququna malikdir.
Crossmedia.az-ın verdiyi xəbərə görə bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kremldə yeni silahlanma yarışının başladığını düşünmürlər.
Peskov qeyd edib ki, Moskva “Burevestnik” və “Poseydon” sınaqları barədə məlumatın Trampa düzgün şəkildə çatdırıldığına ümid edir, çünki bu sınaqlar nüvə xarakterli deyil.
O həmçinin vurğulayıb ki, hazırda ABŞ tərəfindən strateji hücum silahları mövzusunda heç bir ciddi təklif daxil olmayıb. Peskovun sözlərinə görə, Yeni START (DSNV) müqaviləsinin taleyi ilə nüvə sınaqları məsələsi bir-biri ilə əlaqəli mövzular deyil.
Gülbəniz Bayramova
15:03 30.10.2025
Oxunuş sayı: 1679