Bakıda Avrasiya Françayzinq Forumu keçirilir
Bakıda Avrasiya Françayzinq Forumu keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbirə regionun müxtəlif ölkələrindən dövlət rəsmiləri, sahibkarlar, investorlar və françayzinq sahəsinin nümayəndələri qatılıb.
Forumun rəsmi açılışda Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov, KOBİA sədri Orxan Məmmədov, iqtisad elmləri doktoru, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Qazaxıstan ticarət nazirinin müavini Aycan Bicanova, “Gaztrade” şirkətinin icraçı direktoru Aynur Amirbekova, Türk Dünyası Federasiyasının sədri Halit Kanak və digərləri çıxış edəcəklər.
Rəsmi açılışdan sonra "AzInTelecom" şirkətinin rəqəmsal marketinq bölməsinin rəhbəri Nərgiz Abdulhüseynova “Biznes prosesini SİMA ilə rəqəmsallaşdır” mövzusunda təqdimatla çıxış edəcək.
Forum çərçivəsində “Françayzinqin qlobal trendləri və Avrasiyada yeni imkanlar", “Pərakəndə ticarət və qida sənayesində françayzinq”, “Rəqəmsallaşma və texnologiyanın françayzinqə təsiri” mövzularında üç panel müzakirəsi keçiriləcək.
Panellərdə françayzinq sektorunun inkişaf perspektivləri, rəqəmsal transformasiya, e-ticarət, süni intellekt və texnologiyanın biznes modellərinə təsiri müzakirə olunacaq.
Forumun sonunda B2B görüşmələr, yekun çıxışlar və iştirakçılara sertifikatların təqdimatı planlaşdırılır.
Avrasiya Françayzinq Forumu françayzinq sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilir.
10:35 30.10.2025
Oxunuş sayı: 2161