"Abşeron Lions"un baş məşqçisi: Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq
"Abşeron Lions" komandası Avropa turnirlərində qələbə qazanmaq istəyir.
Crossmedia.az-ın məlumatına görə, bunu "Abşeron Lions" basketbol klubunun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis "Neftçi"yə məğlub olduqları FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Neftçi"ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Bəzi oyunçuların performansı istənilən səviyyədə olmadı. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Qediminas Orelik də həmçinin effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. "Neftçi"nin atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. "Neftçi"yə uğurlar arzu edirəm".
Qeyd edək ki, "Abşeron Lions" - "Neftçi" matçı "ağ-qaralar"ın 104:86 hesablı qələbəsi ilə bitib.
22:11 29.10.2025
Oxunuş sayı: 1965