FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində "Neftçi" qalib gəlib
FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan komandaları - "Abşeron Lions" və "Neftçi" üz-üzə gəliblər.
Crossmedia.az xəbər verir ki, I qrupunun matçında "ağ-qaralar" 104:86 hesablı qələbəyə sevinib.
Görüş Bakı İdman Sarayında keçirilib.
Qeyd edək ki, "Abşeron Lions" qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi "Trefl"ə (96:99) və Estoniyanın "Kalev" komandasına (85:93) məğlub olub. "Neftçi" isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.
21:07 29.10.2025
Oxunuş sayı: 1550