Azərbaycan Çinin Sian şəhəri ilə birbaşa hava əlaqələri yarada bilər
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.
Crossmedia.az-ın məlumatına görə, bu barədə R. Nəbiyev öz sosial media hesabında paylaşım edib.
Nazir bildirib ki, görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.
"Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verdik", - deyə R. Nəbiyev əlavə edib.
09:42 29.10.2025
Oxunuş sayı: 1271