Güney Azərbaycan Demokratik Türk Birliyi Türkiyəni təbrik edib
Güney Azərbaycan Demokratik Türk Birliyi Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə rəsmi təbrik məktubu yayıb.
Crossmedia.az xəbər verir ki, məktubda Türkiyə dövlətinə, xalqına, ordusuna və türk dünyasına dərin hörmət və minnətdarlıq ifadə olunur. Qeyd olunur ki, Türkiyə Respublikası yalnız öz sərhədləri daxilində deyil, bütün türk dünyasında azadlıq, birlik və ilham mənbəyi kimi mühüm yer tutur.
“Bu əlamətdar gün münasibətilə Türkiyə Respublikasının müstəqillik və azadlıq ideallarına sarsılmaz bağlılığını alqışlayır, qardaş türk xalqı ilə həmrəylik və birliyimizi bir daha bəyan edirik,” – deyə məktubda bildirilir.
Təşkilat, həmçinin, türk dili danışan dövlətlər arasında tarixi və mədəni bağların möhkəmləndirilməsinin vacibliyini vurğulayıb və “Turan ideyasına” olan inamını ifadə edib.
Məktubda qeyd olunub ki, Türkiyə Respublikasının yüksəlişi bütün türk dünyasının birliyi və gücünün göstəricisidir.
Nigar Yahyazadə
20:23 28.10.2025
Oxunuş sayı: 1423