Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb
Kişi voleybolçular arasında Yüksək Liqanın növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, oktyabrın 30-da ilk turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması oynanılacaq. Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.
Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.
Yüksək Liqa (kişilər)
I tur (Təxirə düşən oyun)
30 oktyabr
16:00. “Gənclər” – “Xilasedici”
FHN-nin idman zalı
III tur
6 noyabr
16:00. “Murov Az Terminal” – “Ordu”
“Murov Az Terminal” VK-nın idman zalı
16:00. “Gənclər” - “Neftçi”
Abşeron Olimpiya İdman Kompleksi
17:00. “Xilasedici” - “AZERRAIL”
FHN-nin idman zalı.
16:37 28.10.2025
Oxunuş sayı: 882