İstanbulun sabiq meri Əkrəm İmamoğlu “siyasi casusluq” ittihamı ilə həbs olunub
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifədən uzaqlaşdırılmış sabiq meri Əkrəm İmamoğlu, onun siyasi müşaviri Nəcatı Özkan və müxalif yönümlü TELE 1 telekanalının baş direktoru Mərdan Yanardağ “siyasi casusluq” ittihamı ilə həbs edilib.
Crossmedia.az xəbər verir ki, ittihama görə, İmamoğlu və yaxın çevrəsinin məqsədi beynəlxalq dəstək qazanmaq üçün casusluq fəaliyyəti həyata keçirmək və seçki kampaniyası üçün qanunsuz maliyyə toplamaq olub.
Məhkəmənin qərarında bildirilir ki, “maddi qazanc məqsədilə fəaliyyət göstərən və başçısının Əkrəm İmamoğlu olduğu ehtimal edilən cinayətkar təşkilat” korrupsiya və casusluq əməllərində ittiham olunur.
Qeyd edək ki, İmamoğlu vəzifədən uzaqlaşdırıldıqdan sonra barəsində korrupsiya işi açılmış, daha sonra isə istintaq “siyasi casusluq” ittihamı ilə genişləndirilmişdi.
Nastya Qəniyeva
10:49 27.10.2025
Oxunuş sayı: 1272