Putin Ukrayna üzrə ABŞ-ın təklif etdiyi planı qəbul etməyə hazır olduğunu bildirib
Rusiya Prezidenti Vladimir Putin Alyaskanın Ankoric şəhərində ABŞ Prezidenti Donald Trampla görüş zamanı Moskvanın Vaşinqtonun Ukrayna münaqişəsinin həlli ilə bağlı planını qəbul etməyə hazır olduğunu təsdiqləyib.
Crossmedia.az xəbər verir ki,bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın “Ultrahang” adlı YouTube kanalına müsahibəsində məlumat verib.
Lavrovun sözlərinə görə, sammitdən əvvəl Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ABŞ-ın təkliflərini Moskvaya təqdim edib və Rusiya tərəfi onları diqqətlə araşdırıb.
“Görüş zamanı Putin konsepsiyanın hər bir elementini ətraflı şəkildə təkrarladı və Uitkoffdan məlumatı dəqiqləşdirdi. Bütün detallar təsdiqləndi. Bundan sonra Putin bəyan etdi ki, Kreml onların konsepsiyasını qəbul etməyə və təklif edilən əsasda praktiki addımlar atmağa hazırdır,” — deyə Lavrov bildirib.
Nastya Qəniyeva
09:57 27.10.2025
Oxunuş sayı: 1001