Mahmud Abbas: Vitse-prezident prezidentin müvəqqəti səlahiyyətini icra edəcək
Fələstin Prezidenti Mahmud Abbas yeni konstitusiya qərarı verib.
Qərara görə, prezident vəzifəsi boş qaldığı halda vitse-prezident maksimum 90 gün müddətinə müvəqqəti olaraq Fələstin Muxtariyyətinin başçısı səlahiyyətlərini icra edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, bu müddət ərzində azad və birbaşa prezident seçkisi keçiriləcək. Əgər fövqəladə hallar səbəbindən seçki vaxtında keçirilə bilməsə, müddət yalnız bir dəfə Fələstin Mərkəzi Şurasının qərarı ilə uzadıla bilər.
Fatimə Məmmədova
21:59 26.10.2025
Oxunuş sayı: 1460