İsrail hücum etdi: Minlərlə fələstinli evsiz qaldı
Qəzza Sərhəd Zolağında İsrail ordusunun hücumları nəticəsində minlərlə fələstinli ailə evsiz qalıb. Evlər, yollar, infrastruktur və həm dövlət, həm də şəxsi obyektlər tamamilə dağılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Evi dağılan vətəndaşlardan biri bildirib:
“Evimiz ailəmiz üçün təhlükəsiz bir sığınacaq idi. Qış yaxınlaşır və çadırımız yoxdur. Gücümüz yalnız Allahdandır. İndi ailəmlə birlikdə küçədə çadırda qalırıq. Ən böyük qorxum yaxınlaşan qışdır”.
Qeyd edək ki, son iki ildəki İsrail hücumları nəticəsində 300 mindən çox ev dağılıb və 2 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb.
Fatimə Məmmədova
21:40 26.10.2025
Oxunuş sayı: 1425