ABŞ universitetində silahlı indident : 1 ölü, 6 yaralı
ABŞ-nin Pensilvaniya ştatında yerləşən Lincoln Universitetində silahlı hücum baş verib. Hadisə nəticəsində 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, hücum universitetin “Məzunlar Günü” tədbirinin keçirildiyi binanın həyətində baş verib.
Bildirilib ki, şübhəli şəxs artıq saxlanılıb və hadisəyə digər silahlı şəxslərin qatılıb-qatılmadığı araşdırılır.
Fatimə Məmmədova
21:32 26.10.2025
Oxunuş sayı: 1230