Paşinyan: Kilsənin azad olunması mərhələsinə keçirik
 
                                            Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bu gün Ovanavanq monastırında keçirilən ibadət mərasimi “müqəddəsliyin azad olunmasının praktiki mərhələsinin başlanğıcını” simvolizə edir. Baş nazir bu açıqlamanı monastıra etdiyi səfər zamanı verib.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir.
Yerli mediaya görə, ölkənin qərbində yerləşən Aragatson bölgəsinə, monastırın yerləşdiyi əraziyə əlavə polis qüvvələri cəlb edilib. Məlumatda həmçinin qeyd olunur ki, hökumətin dəstəklədiyi, lakin bütün ermənilərin katolikosu tərəfindən ruhani rütbəsindən məhrum edilmiş Ovanavanq keşişi Asatryan bu ibadət mərasimini keçirməyə hazırlaşır.
Günel Verdiyeva
15:57 26.10.2025
Oxunuş sayı: 1774
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        