AKP PKK-nın Türkiyədən çıxması ilə bağlı açıqlama verib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) PKK terror təşkilatının ölkə ərazisindən tamamilə çıxmasına dair bəyanatına münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, partiyanın sözçüsü Ömər Çəlik məsələ ilə bağlı sosial şəbəkə platforması “X”də paylaşım edib.
Ömər Çəlik açıqlamasında bildirib ki, PKK-nın Türkiyə daxilindəki ünsürlərinin aradan qaldırılması, habelə regionda – xüsusilə İraq və Suriyada fəaliyyət göstərən silahlı və qanunsuz birləşmələrin zərərsizləşdirilməsi “terrorsuz Türkiyə” hədəfinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, tərksilah prosesinin davam etdirilməsi bu yol xəritəsinin mühüm sütununu təşkil edir.
AKP sözçüsü əlavə edib ki, PKK-nın Türkiyədən çəkildiyini elan etməsi və tərksilah istiqamətində addımlar atılacağına dair açıqlamalar “terrorsuz Türkiyə” məqsədinə doğru əldə olunan konkret nəticələrdən xəbər verir.
Qeyd edək ki, PKK terror təşkilatı Türkiyə ərazisini tamamilə tərk etdiyini açıqlayıb.
15:15 26.10.2025
Oxunuş sayı: 1532