Çin nadir torpaq elementlərinin ixracı üçün Alman şirkətlərindən həssas sənaye məlumatları tələb edir
Çin hökuməti nadir torpaq elementlərinin ixracına icazə almaq istəyən Alman şirkətlərinə yeni şərtlər tətbiq edib. Bunun üçün şirkətlərdən istehsal proseslərinə dair həssas sənaye məlumatları, texniki cizgilər və təchizat zəncirinin detalları tələb olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məsələ Almaniyada ciddi narahatlıq yaradıb. Sənaye nümayəndələri belə məlumatların ötürülməsini “ticarət sirlərinin itirilməsi” kimi qiymətləndirir. Hazırda Berlin bu problemə dair konkret həll yolu tapa bilmir.
14:38 26.10.2025
Oxunuş sayı: 1188