İsrail səfirliyi: Musiqinin gücü mədəniyyətlərimizin, ölkələrimizin əlaqələrini möhkəmləndirir
Musiqinin gücü xalqlarımız, mədəniyyətlərimiz və ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirir.
Crossmedia.az xəbər verir ki, bu fikir İsrailin Azərbaycandakı səfirliyinin "X"dəki hesabında Bakı Caz Festivalı 2025-lə bağlı paylaşımında yer alıb.
Qeyd olunub ki, İsrailin Azərbaycandakı Səfirliyi mədəni mübadiləni davam etdirməkdən və Bakı Caz Festivalı 2025-i dəstəkləməkdən məmnunluq duyur: "Açılış axşamı İsraildən gəlmiş Yogev Shetrit Trio qrupunun caz və Yaxın Şərq ritmlərinin zəngin sintezindən ibarət möhtəşəm çıxışı ilə yadda qaldı".
13:48 26.10.2025
Oxunuş sayı: 1155