Rusiyadan təklif: Ukraynanın “denasifikasiyası” sovet modelinə əsaslanmalıdır
Ukraynanın “denasifikasiyası” üçün Sovet İttifaqının müharibədən sonrakı Almaniyada tətbiq etdiyi modelin nümunə götürülməsi təklif edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Agentstvo” nəşri məlumat yayıb.
Məqalənin müəllifi Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetinin əməkdaşı, əvvəllər bədən tərbiyəsi fənnini tədris edən İrina Qraçeva olub. O, Vladimir Putinin “xüsusi hərbi əməliyyat” məqsədlərinə istinad edərək bildirib ki, sovet dövründəki denasifikasiya təcrübəsi Ukraynanın “azad olunmuş ərazilərində” də tətbiq edilə bilər.
Qraçeva yazısında Sovet administrasiyasının Şərqi Almaniyada gördüyü işləri — nasist strukturlarının ləğvini, kütləvi həbsləri və ideoloji təbliğat kampaniyalarını ətraflı təsvir edib. Məqalənin sonunda o, Rusiya rəhbərliyini “denasifikasiya üzrə toplanmış tarixi təcrübədən daha fəal şəkildə istifadə etməyə” çağırıb.
Xumar Emilqızı
10:00 26.10.2025
Oxunuş sayı: 1195