Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq
Noyabrın 17-dən 2025-2026-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Crossmedia.az Baku.vs-ə istinadən xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.
22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
09:20 26.10.2025
Oxunuş sayı: 1467