Ermənistanda kilsə rəhbərliyi ilə bağlı skandal ictimaiyyəti şoka salıb
Ermənistan mediasında Erməni Apostol Kilsəsinin yüksək rütbəli şəxsləri ilə bağlı böyük skandal yaranıb. Anonim bir Telegram kanalı, Arşak arximandritinin iştirak etdiyi iddia edilən intim videolar yayıb.
Crossmedia.az Ermənistan mediasına istinadən xəbər verir.
Hadisə xüsusilə Baş nazir Nikol Paşinyanın son açıqlamasından sonra geniş ictimai rezonans doğurub. Paşinyan bildirib ki, kilsə rəhbərliyinin yüksək vəzifəli şəxsləri daxil olmaqla, dini şəxslərin pozuntularına dair sübutlara malikdir.
Bu pozuntular arasında kilsə nizamnaməsinin pozulması, yəni din xadimlərinin cinsi münasibətlərdə olmaması və övlad sahibi olmaması qaydalarının pozulması göstərilir.
Günel Verdiyeva
22:32 25.10.2025
Oxunuş sayı: 1165