ABŞ və Çin arasında ticarət danışıqları nikbin notlarla yekunlaşıb
ABŞ və Çin arasında Malayziyada keçirilən ticarət danışıqları ehtiyatlı nikbinliklə nəticələnib. Ekspertlər qeyd edirlər ki, bu görüş iki ölkə arasında iqtisadi münasibətlərdə gərginliyin azaldılması istiqamətində mühüm addım ola bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ və Çin nümayəndə heyətləri arasında baş tutan görüş konstruktiv şəraitdə keçib. ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.
“Bugünkü danışıqlar yekunlaşıb. Onlar çox konstruktiv keçdi və biz gözləyirik ki, bazar günü səhər müzakirələr davam etdiriləcək”, – deyə nazirlik rəsmisi qeyd edib.
Qeyd olunur ki, danışıqların əsas məqsədi ticarət münasibətlərində sabitliyin bərpası və qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.
Türkan Kərimli
21:50 25.10.2025
Oxunuş sayı: 1593