Zəngəzur dəhlizi region ölkələrinin ticarətinə töhfə verəcək — rusiyalı ekspert
InfraNews tədqiqat agentliyinin baş direktoru Aleksey Bezborodov bildirib ki, Azərbaycanın əsas ərazisindən Naxçıvana Ermənistan ərazisindən keçməklə planlaşdırılan Zəngəzur dəhlizi qonşu ölkələrin ticarətinin inkişafına təkan verəcək.
Crossmedia.az Rusiya KİV-lərinə istinadən xəbər verir.
Aleksey Bezborodovun sözlərinə görə, bu dəhliz həm Azərbaycanın, həm də Ermənistanın iqtisadiyyatlarının böyüməsinə şərait yaradacaq, eyni zamanda Gürcüstan, İran, İraq və Türkiyədə ticarətin inkişafına da müsbət təsir göstərə bilər.
Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi qısa regional marşrut kimi bölgələrarası əlaqələrin güclənməsinə xidmət edəcək.
Günel Verdiyeva
16:49 25.10.2025
Oxunuş sayı: 982