Oktyabrın 26-da gözlənilən hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Crossmedia.az xəbər verir ki, havanın temperaturu gecə 14-16, gündüz 19-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
13:27 25.10.2025
Oxunuş sayı: 3229