Əfqanıstan və Pakistan atəşkəs barədə razılığa gəliblər
Əfqanıstan və Pakistan sərhəddə atəşkəs barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə danışıqlara vasitəçilik edən Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Dohada, həmçinin Türkiyənin iştirakı ilə keçirilib.
Tərəflər uzunmüddətli sülhün möhkəmləndirilməsi və gələcək insidentlərin qarşısının alınması üçün mexanizmlər yaratmaq niyyətində olduqlarını bildiriblər. Yaxın günlərdə hər iki ölkənin nümayəndələri daha bir görüş keçirəcəklər.
12:20 25.10.2025
Oxunuş sayı: 1500