Avropa Rusiya aktivlərini ilin sonunadək müsadirə etmək istəyir
“İstəkli koalisiyasının” üzvləri Avropada dondurulmuş Rusiya aktivlərinin müsadirə olunması prosesini sürətləndirməyin vacibliyi barədə razılığa gəliblər və bu istiqamətdəki bütün maneələrin ilin sonunadək aradan qaldırılmasına çalışacaqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer məlumat verib. “Bu gün keçirilən görüşdə tam aydınlıq yarandı ki, biz qısa müddət ərzində real nəticə görməliyik. Çünki bu, Ukraynaya göstərə biləcəyimiz çox mühüm əlavə dəstək olacaq”, – deyə o, mətbuat konfransında bildirib.
“Biz elə işləməliyik ki, Milad ərəfəsinə qədər bir həll tapılsın və bunun sayəsində gələn il üçün Ukraynanın maliyyələşdirilməsini təmin edə bilək. Bilirəm ki, bəzi həmkarlarım bu yanaşmanı mənim qədər asan qəbul etmir, amma biz bu problemləri həll etməliyik. Axı, alternativ nədir?”, – Danimarkanın Baş naziri Mette Frederiksen vurğulayıb.
Türkanə Məşədiyeva
11:24 25.10.2025
Oxunuş sayı: 1276