Dmitriyev: Prezident Zelenski böyük addım atıb
Rusiya və Ukrayna diplomatik yolla müharibənin başa çatmasına yaxındır.
Crossmedia.az xəbər verir ki, bunu CNN-ə müsahibəsində Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib.
ABŞ səfəri çərçivəsində olan Rusiya Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, onun fikrincə, tərəflər müharibəyə son qoyacaq diplomatik həllə yaxınlaşıblar.
“Prezident Zelenski böyük addım atıb. Artıq söhbətin cəbhə xəttindən getdiyini etiraf edib,” – deyə o, qeyd edib.
Səbiyyə Zayirova
10:16 25.10.2025
Oxunuş sayı: 878