Ermənistan sovet tipli hərbi geyimdən imtina edir
Ermənistan Silahlı Qüvvələri ABŞ-dan NATO standartlarına uyğun hazırlanmış ilk hərbi sahə geyimlərini gözləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Suren Papikyan bildirib.
“Biz çox sevdiyimiz sovet tipli geyimdən imtina edəcəyik. Standartlar — Qərb standartları olacaq, amma üzərində milli simvollarımız olacaq,” – deyə Papikyan qeyd edib.
Nazirin sözlərinə görə, gündəlik və bayram geyimlərinin hazırlanması da yekunlaşmaq üzrədir.
Səbiyyə Zayirova
10:03 25.10.2025
Oxunuş sayı: 938