Hindistanın iri neft alıcısı Reliance Rusiya sanksiyalarına əməl edəcək
Hindistanın ən böyük neft alıcılarından biri olan Reliance Industries Rusiya əleyhinə Qərb sanksiyalarına riayət edəcək, lakin mövcud Rusiya təchizatçıları ilə əməkdaşlığı davam etdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reliance Industries” in nümayəndəsi açıqlama verib.
Şirkət nümayəndəsi bildirib ki, təchizat müqavilələri bazar və normativ şəraitə uyğun olaraq dəyişir, amma mövcud təchizatçılarla əlaqələr qorunacaq.
Fidan Quliyeva
01:45 25.10.2025
Oxunuş sayı: 1033