Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanəti veriləcək
Azərbaycanda korporativ istiqrazlara dövlət zəmanətinin verilməsi mexanizmi istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov deyib.
"Fond tərəfindən qiymətli kağızlar bazarında apardığı təhlillər göstərib ki, bu sahədə olan əqdlərdə bir çox hallarda təminatla bağlı problem yaşadığı üçün sahibkarlıq subyektləri emissiya etdikləri istiqrazları yerləşdirə bilmir.
Bunun nəticəsində istiqrazlara təminatların verilməsi mexanizmi üzərində işlərə başladıq və bu qaydalar artıq təsdiq edilib. Artıq ilk sahibkarlıq subyekti ilə danışıqlar aparılır və zəmanətlə bağlı müvafiq bildiriş göndərilib, sahibkarlıq subyekti ilə zəmanət müqaviləsi bağlanıb", - E. Kərimov bildirib.
Onun sözlərinə görə, mexanizmin mahiyəti, bir növ əlavə borclanma üsulu olaraq formalaşdırılan məhsuldur.
18:19 24.10.2025
Oxunuş sayı: 672