Beynəlxalq səyyahlar Laçını ziyarət ediblər

Səkkiz ölkədən olan beynəlxalq səyyahlar Laçını ziyarət edib.
Crossmedia.az xəbər verir ki, qonaqlar Qarabağın füsunkar mənzərələrinə tamaşa edib, həmçinin şəhərdə aparılan bərpa işlərinin nəticələri ilə tanış olublar.
Xatırladaq ki, "Extreme Travelers International Congress" (ETIC) klubunun səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahları 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
17:08 22.10.2025
Oxunuş sayı: 702