Muğan bölgəsində günəbaxan yığımı yekunlaşıb, bu il məhsul bol olub

Muğan rayonlarında günəbaxan yığımı yekunlaşıb.
Crossmedia.az xəbər verir ki, Biləsuvar və Cəlilabad rayonlarında məhsulun yığımı bitib, İmişli rayonunda isə bu əkin ilində günəbaxan bitkisi əkilməyib.
Biləsuvar rayonunda cari ildə rayon üzrə 210,6 hektar sahədə günəbaxan bitkisi əkilib və sahələrdən 447 ton məhsul əldə olunub. Ötən il isə bu rəqəm 129,8 hektara bərabər olub və sahələrdən 283,4 ton məhsul toplanıb.
Cəlilabad rayonunda isə bu il 320 hektar ərazidə günəbaxan bitkisi yetişdirilib və sahələrdən 640 ton məhsul əldə edilib. Keçən il isə bu rəqəm 291 hektar təşkil edib və 465,6 ton məhsul tədarük olunub.(Report)
20:18 14.10.2025
Oxunuş sayı: 1175